“Vulverhempton”un keçmiş baş məşqçisi Xulen Lopeteqi “Nottingem Forest”in baş məşqçisi ola bilər.
Sportinfo.az xəbər verir ki, 57 yaşlı mütəxəssis namizədlərdən biridir.
Hazırda ispaniyalı məşqçi klubsuzdur. Bundan əvvəl Lopeteqinin Səudiyyə Ərəbistanından gələn böyük maaş təklifindən imtina etdiyi bildirilirdi.
“Nottingem Forest” Premyer Liqanın 15 turundan sonra turnir cədvəlində 16-cı yerdədir.

