"Çətin dövr keçirdik, ümid edirəm ki, indi parlaq dövr başlayır”

12 Dekabr 2023 22:00 İngiltərə 514
"Çətin dövr keçirdik, ümid edirəm ki, indi parlaq dövr başlayır”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “Nyukasl” üzərində qələbəni (4:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, 58 yaşlı mütəxəssis əla futbol nümayiş etdirdiklərini bildirib:

“Düşünürəm ki, hər cəhətdən əla futbol nümayiş etdirdik. Üçüncü hücumda parlaq və effektiv oynadıq, şanslar yaratdıq və uşaqlar buna görə mükafatlandırıldılar.

Gözəl idi, belə bir oyun başqalarına enerji verir. Çətin dövr keçirdik. Ümid edirəm ki, indi parlaq dövr başlayır”.

“Tottenhem” 16 turdan sonra 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti