“Hazırda biz dünyanın ən yaxşı komandası deyilik”

11 Dekabr 2023 15:20 İngiltərə 899
“Hazırda biz dünyanın ən yaxşı komandası deyilik”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının hazırkı səviyyəsini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis nəticə əldə edə bilmədiklərini bildirib:

“Hazırda biz dünyanın ən yaxşı komandası deyilik, çünki nəticə əldə etmirik. Biz Avropanın ən yaxşısı idik, dünyaya gəlincə, iki-üç həftədən sonra görəcəyik.

Əsas odur ki, iki həftə əvvəl olduğu kimi öz səviyyəmizdə oynayaq. Yalnız “Aston Villa” ilə matçda rəqib bizdən yaxşı oynadı, amma çox yox.

Biz öz səviyyəmizə qayıtmalıyıq. Yaxşı nəticələr bizə kömək edəcək.

Növbəti iki matç Səudiyyə Ərəbistanına Klublararası dünya çempionatına getməzdən əvvəl çox vacibdir”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM