"Belə uduzmaq yolverilməzdir, biz məsuliyyəti öz üzərimizə götürməliyik”

9 Dekabr 2023 10:00 İngiltərə 536
"Belə uduzmaq yolverilməzdir, biz məsuliyyəti öz üzərimizə götürməliyik”

“Tottenhem”in hücumçusu Son Hın Min komandasının “Vest Hem”ə məğlubiyyətinə (1:2) münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, koreyalı futbolçu belə matçda məğlub olmağın yolverilməz olduğunu bildirib:

“Daha çoxuna layiq olub-olmamağımızın əhəmiyyəti yoxdur, uduzduq və indi vacib olan budur. Düşünürəm ki, belə oyunda uduzmaq yolverilməzdir.

Biz oyunçular məsuliyyəti öz üzərimizə götürməliyik”.

Son Hın Min bu mövsüm İngiltərə Premyer Liqasında 15 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti