COP29

"Onu saxlamamasına təəccübləndim, çünki komandada qalanlardan daha yaxşı idi"

7 Dekabr 2023 01:30 İngiltərə 418
"Onu saxlamamasına təəccübləndim, çünki komandada qalanlardan daha yaxşı idi"

“Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri komandanın müdafiəçisi Vilyam Saliba haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Fransa millisinin keçmiş üzvü 22 yaşlı futbolçunu Premyer Liqada mövqeyinin ən yaxşısı adlandırıb:

“Hazırda Salibanın ən yaxşı olduğunu düşünürəm. Onun təkbətək müdafiəsi, “Arsenal”a daha yüksək oynamağa imkan verməsi və meydanda öz ərazisini qoruması əladır.

O, “Marsel”də icarə əsasında oynayanda mən Fransada işləmişəm. “Arsenal”ın onu saxlamamasına təəccübləndim, çünki o, komandada qalanlardan daha yaxşı idi.

Amma o, icarəyə getdi, qayıtdı və bunun səhv olduğunu hamıya göstərdi. İndi o, Premyer Liqanın ən yaxşı müdafiəçisidir”.

Saliba 2019-cu ildən “topçular”da çıxış edir. O, bu mövsüm londonluların heyətində 21 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!