
İngiltərə Premyer Liqasında tarixi yayım müqaviləsi imzalanıb.
Sportinfo.az xəbər verir ki, "Sky Sports" və "TNT Sport" 4 ili əhatə edəcək müqavilə üçün 6,7 milyard funt-sterlinq ödəcəyək.
Bu, İngiltərə futbolu tarixində rekord məbləğdir.
Anlaşma 2025/2026 mövsümündən başlayaraq 4 ili əhatə edəcək. Anlaşmaya əsasən, "BBC Sport" Premyer Liqa matçlarının icmallarını yayımlaya biləcək.
2022/2023 mövsümündən başlayan hazırki müqavilə 3 ili əhatə edir və dəyəri 5,1 milyard funt-sterlinqdir.