"Artıq bu barədə qışqırmağın mənası yoxdur

6 Dekabr 2023 00:20 İngiltərə 442
"Artıq bu barədə qışqırmağın mənası yoxdur

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill klubun son illərdəki uğursuzluqları haqda fikirlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, veteran futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Mançester Yunayted” uğursuzluq dövrəsində ilişib qalıb. Xüsusilə, xərclənən məbləğə və keçmişin uğurlarına nəzər saldıqda bunu demək olar.

Və bu, real struktur dəyişiklikləri olmayana qədər dəyişməyəcək. Bunu təkrar-təkrar deyirəm. Artıq bu barədə qışqırmağın mənası yoxdur”.

İngiltərə çempionatının 14 turundan sonra “qırmızı şeytanlar” 24 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti