İki yeniyetmə həbs olundu - Qadın hakimi təhqir etdikləri üçün

27 Noyabr 2023 12:00 İngiltərə 531
İki yeniyetmə həbs olundu - Qadın hakimi təhqir etdikləri üçün

İngiltərə polisi Çempionşipin “Birmingem” – “Şeffild Uensdey” matçında (2:1) qadın hakim Rebekka Uelçə qarşı təhqiramiz şüarlar səsləndirməkdə şübhəli bilinən 17 yaşlı iki gənci həbs edib.

Sportinfo.az xəbər verir ki, hazırda hər iki yeniyetmə həbsdədir.

Onların hərəkətləri ilkin olaraq ictimai asayişin pozulması kimi qiymətləndirilib. Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalar davam edir.

Uelç bundan əvvəl Premyer Liqanın “Fulhem” – “Mançester Yunayted” (0:1) oyununda dördüncü hakim kimi iş başında olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti