“Mançester Yunayted” səfərdə “Everton”u bağışlamadı - VİDEO

27 Noyabr 2023 00:20 İngiltərə 785
“Mançester Yunayted” səfərdə “Everton”u bağışlamadı - VİDEO

İngiltərə Premyer Liqasının XIII turunda “Everton” evdə “Mançester Yunayted”lə oynayıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 3-cü dəqiqəsində A.Qarnaço möhtəşəm qolla hesabı açıb. 56-cı dəqiqədə M.Reşford hesabı artırıb. Oyunda son nöqtəni A.Marsial qoyub.

Qələbə sayəsində “Mançester Yunayted” 24 xalla altıncı pilləyə yüksəlib. Cəmi dörd xal toplayan “Everton” isə 19-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM