COP29

“Kənardan gələn bütün səslər sadəcə səs-küydür” - Premyer Liqa klubunun kapitanı

26 Noyabr 2023 21:20 İngiltərə 314
“Kənardan gələn bütün səslər sadəcə səs-küydür” - Premyer Liqa klubunun kapitanı

“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Dayk tənqidlərə münasibətindən danışıb.

Spoortinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu özünü yaxşı hisss etdiyini bildirib:

“Keçən mövsüm o qədər də xoş olmayan anlar, yaxşı və pis oyunlar yaşadım. Mən çox yüksək standartlara riayət edirdim və nəsə səhv gedəndə bir növ problem yaranır.

İndi özümü fiziki və psixoloji cəhətdən yaxşı hiss edirəm, önəmli olduğumu hiss edirəm.

Mənim üçün ən önəmlisi komanda yoldaşlarımın və baş məşqçinin münasibətidir.

Kənardan gələn bütün səslər, istər çox yaxşı, istərsə də çox pis, sadəcə kənardan gələn səs-küydür. Bununla bağlı edə biləcəyiniz heç bir şey yoxdur”.

Niderlandlı müdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 10 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"