COP29

“O, məndən güclüdür“ – Məşhur məşqçi yaşadığı insidentdən sonra dedi

26 Noyabr 2023 16:55 İngiltərə 2 121
“O, məndən güclüdür“ – Məşhur məşqçi yaşadığı insidentdən sonra dedi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatının 13-cü turunun oyunundan (1:1) sonra “Liverpul”un hücumçusu Darvin Nunyeslə münaqişə barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Qvardiola Nunyesin ondan güclü olduğunu deyib:

“O, məndən güclüdür. Ciddi heç nə olmadı. Bu məyusluq deyil. Mən çox xoşbəxtəm”.

Final fitindən sonra Nunyes əvvəlcə Qvardiolanın əlini sıxmaq üçün ona yaxınlaşsa da, bundan dərhal sonra onlar arasında münaqişə başlayıb

. “Liverpul”un baş məşqçisi Yurgen Klopp Nunyesi Qvardioladan uzaqlaşdırıb.

Premyer Liqanın 13 turundan sonra “Mançester Siti” 29 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Liverpul” isə 28 xalla üçüncü pillədə yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"