
İngiltərə Premyer Liqasında 13-cü turun “Brentford” və “Arsenal”ın qarşılaşdığı oyunda yalnız bir qol qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, “topçular”ın yarımmüdafiəçisi Kay Havertz 89-cu dəqiqədə “Brentford”un qapısına yol tapıb.
Bu qol “Arsenal”a 30 xal toplayaraq çempionatda birinciliyə yüksəlməkdə yardımçı olub. “Brentford” isə 16 xalla 11-ci yerdədir.