
“Əl-Hilal”ın hücumçusu Malkom karyerasını İngiltərədə davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu qış transfer pəncərəsində İngiltərə Premyer Liqasına keçə bilər.
Səudiyyə Ərəbistanı klubu 26 yaşlı oyunçunu 2023-cü ildə 60 milyon avroya “Zenit”dən alıb.
Malkom bu mövsüm “Əl-Hilal”ın heyətində 19 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.