
Səudiyyə Ərəbistanı klubu “Arsenal”ın yarımmüdafiəçisi Jorjinyo ilə maraqlanır.
Sportinfo.az xəbər verir ki, adı açıqlanmayan klub italiyalı futbolçu ilə danışıqlar aparır.
Jorjinyonun londonlularla müqaviləsi gələn ilin yayında başa çatır, lakin “Arsenal”ın müqaviləni daha bir mövsüm uzatmaq imkanı var.
31 yaşlı yarımmüdafiəçi bu mövsüm İngiltərə klubunun heyətində bütün turnirlərdə 15 oyun keçirib.