"Düşünürəm ki, belə bacarıqla yarımmüdafiədə oynaya bilərəm"

19 Noyabr 2023 00:10 İngiltərə 505
"Düşünürəm ki, belə bacarıqla yarımmüdafiədə oynaya bilərəm"

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold oyun mövqeyini dəyişməsindən danışıb.

Sportinfo.az xəbər verir ki, ingilis futbolçu yarımmüdafiədə oynaya biləcəyini bildirib:

“Yeniyetmə vaxtı yarımmüdafiəçi idim. Ona görə də bu mövqedə oynamaq haqqında bir-iki şey bilirəm.

Mənim bacarığım yəqin ki, yarımmüdafiədə oynamaq üçün ən uyğundur: oyunun tempinə nəzarət edə, şanslar yarada, ötürmələrlə rəqiblərin xətlərini qıra bilirəm və s. Deməli, düşünürəm ki, belə bacarıqlarla yarımmüdafiədə oynaya bilərəm”.

Arnold “Liverpul”un yetirməsidir. 25 yaşlı oyunçu bu mövsüm “qırmızılar”ın heyətində 10 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti