
İtaliyalı keçmiş futbolçu Paolo Maldini “Mançester Yunayted”də çalışacaq .
Sportinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisinin idman direktoru vəzifəsini icra edəcək.
Rəhbər heyətdə ciddi dəyişikliklər etməyi planlaşdıran “qırmızı şeytanlar” Maldini ilə hərtərəfli razılığa gəliblər.
O, 4 il texniki direktoru olduğu “Milan”dan bu ilin iyununda ayrılıb. Maldini həm də, ABŞ-ın “Mayami” klubunun sahibidir.
Paolo Maldini futbolçu karyerası ərzində 1984-2009-cu illərdə yalnız “Milan”ın formasını geyinib.