Klubu ilə yeni müqavilə imzalayacaq - "Arsenal" və "Çelsi"nin istədiyi forvard

18 Noyabr 2023 01:30 İngiltərə 505
Klubu ilə yeni müqavilə imzalayacaq -

"Brentford" hücumçusu İvan Tonini komandada saxlamaq istəyir.

Sportinfo.az xəbər verir ki, klub "Arsenal" və "Çelsi"nin marağına baxmayaraq, 27 yaşlı futbolçunun müqaviləsini artıra biləcəyindən əmindir.

“Brentford” belə olan halda, Tonini adıçəkilən klublara daha sərfəli şərtlərlə satmağı planlaşdırır. Tərəflər arasında ilkin razılıq əldə edilib.

27 yaşlı futbolçu “Northampton”, “Nyukasl”, “Barnsli”, “Şresbari”, “Viqan”, “Peterboro”da oynadıqdan sonra 2020-ci ildə “Brentford”a keçmişdi.

O, bu il İngiltərə millisində də debüt edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti