
“Mançester Yunayted”in keçmiş kapitanı Roy Kin Premyer Liqanın cari mövsümdəki favoritini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, irlandiyalı mütəxəssis “Mançester Siti”ni favorit olaraq qiymətləndirib:
“Mançester Siti” indi əladır. Digər komandalar özlərini sıralamalı və nə baş verdiyini başa düşməlidirlər. “Hazırda “Mançester Siti”dən daha yaxşı komanda görmürəm”.
“Şəhərlilər” 12 turdan sonra 28 xalla turnir cədvəlinə başçılıq edirlər.