
“Liverpul”un müdafiəçisi Vircil van Dayk komandanın bu mövsüm İngiltərə çempionu olmaq şansları barədə danışıb.
Sportinfo.az xəbər verir ki, niderlandlı müdafiəçi cari mövsümdə hələlik yaxşı irəlilədiklərini bildirib:
“Ümid edirik ki, biz bunu edə bilərik. Gənc və bacarıqlı komandamız var. Bizə bir az şans, zədələrin olmaması və nəticələrdə ardıcıllıq lazımdır.
Hələlik bu mövsüm yaxşı gedirik. Lakin hələ noyabrdır, ona görə də, nəticə çıxarmaq hələ tezdir”.
“Liverpul” Premyer Liqanın 12 turundan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.