“Şübhələnirəm - Geri qayıtmaq istərdim, amma..."

16 Noyabr 2023 00:00 İngiltərə 392
“Şübhələnirəm - Geri qayıtmaq istərdim, amma..."

“Arsenal”ın yarımmüdafiəçisi Jorginyo İtaliyaya mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, italiyalı futbolçu “Arsenal”la yarımçıq işi olduğunu bildirib:

“Şübhələnirəm. Geri qayıtmaq istərdim, amma doğru vaxtın nə vaxt gələcəyini bilmirəm.

Bəli, mən bunu istəyirəm, amma indi hiss edirəm ki, “Arsenal”da hələ yarımçıq işim var, ona görə də dəqiq bir şey deyə bilmərəm”.

Jorjinyi 2018-ci ildə “Napoli”dən ayrılaraq “Çelsi”yə keçib. 2022-ci ildə “Arsenal”ın oyunçusu olub. 31 yaşlı futbolçunun “topçular”la müqaviləsi bu mövsümün sonunda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti