
İngiltərə Premyer Liqasında XII tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, bağlanış oyununda "Mançester Siti" "Çelsi"nin qonağı olub.
Qapılara səkkiz qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 4:4.
Hesabı 25-ci dəqiqədə Mançester təmsilçisinin hücumçusu Erlinq Haland açıb. Norveçli forvard penaltidən fərqlənib.
Dörd dəqiqə sonra Tyaqo Silva tarazlığı bərpa edib. 37-ci dəqiqədə Rahim Sterlinq meydan sahiblərini hesabda önə çıxarıb.
İlk hissənin əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə Manuel Akanci hesabı bərabərləşdirib. 47-ci dəqiqədə Haland 3-cü topu London klubunun qapısından keçirib.
67-ci dəqiqədə "zadəganlar" yenidən status-kvonu bərpa ediblər. 86-cı dəqiqədə Rodri "Çelsi"ni dördüncü dəfə meydanın mərkəzinə dəvət edib.
Qarşılaşmada son nöqtəni isə 90+5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Koul Palmer qoyub.
Bu qələbədən sonra xallarını 28-ə çatdıran "Mançester Siti" zirvədəki mövqeyini qoruyub. 16 xalı olan "Çelsi" isə 10-cu sıraya yüksəlib.