“Məncə, o, bədbəxtdir, biz isə xoşbəxt deyilik“ – DÖZMƏDİ, DEDİ

12 Noyabr 2023 17:20 İngiltərə 563
“Məncə, o, bədbəxtdir, biz isə xoşbəxt deyilik“ – DÖZMƏDİ, DEDİ

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Markus Reşfordun performansı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis ingilis futbolçunun yaxşı vəziyyətdə olmadığını bildirib:

“Məncə, Reşford bədbəxtdir. Biz xoşbəxt deyilik. O, özündən böyük ümidlər bəsləyir və hazırda ən yaxşı vəziyyətdə deyil. B

ilirəm ki, qayıdacaq. Komanda daha yaxşı oynayanda o da daha yaxşı oynamağa başlayacaq və qol vuracaq.

Mən buna əminəm. O, oyununu yaxşılaşdıracaq. O, tamamilə başa düşür və yoluna qayıdacaq. Bu çox tez baş verə bilər. Bəzən sadəcə bir oyun lazımdır”.

Reşford bu mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 15 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti