PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını İngiltərədə davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted” gələn ilin yayında Paris klubu ilə müqaviləsi başa çatacaq fransalı forvarda cəlbedici maaş təklif etməyi planlaşdırır.
Mbappe cari mövsümdə PSJ-nin heyətində meydana çıxdığı 14 matçda 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

