Ərəblər indi də bu ulduza göz dikib - "Mançester Yunayted"dən

9 Noyabr 2023 22:00 İngiltərə 656
Ərəblər indi də bu ulduza göz dikib -

"Mançester Yunayted"in daha bir futbolçusu karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu ölkənin klubları Kazemiro ilə yaxından maraqlanır. Məlumatı "90min" nəşri yayıb.

Ərəblər braziliyalı yarımmüdafiəçi üçün 2024-cü ilin yayında İngiltərə klubuna təklif göndərəcək. "Qırmızı şeytanlar" cəlbedici təklif gələcəyi təqdirdə oyunçusunu sarmağa hazırdır.

"Mançester Yunayted" Kazemironu 2022-ci ilin yayında "Real"dan transfer edib. 31 yaşlı orta xətt oyunçusu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 12 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Mançester Yunayted"in müdafiəçisi Rafael Varanında qışda "Əl Nəssr"ə keçəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM