“Nə baş verdiyini anlamaq çətindir, mən məyus oldum”

7 Noyabr 2023 18:40 İngiltərə 556
“Nə baş verdiyini anlamaq çətindir, mən məyus oldum”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “Çelsi”yə məğlubiyyəti (1:4) şərh edib.

Sportinfo.az xəbər verir ki, 58 yaşlı mütəxəssis nəticədən məyus olduğunu bildirib:

“Nə baş verdiyini anlamaq çətindir. Belə bir oyunu təhlil etmək mümkün deyil, çünki hər şey nəzarətdən çıxdı.

Mən nəticədən məyus oldum, amma oyunçularla fəxr edirəm – onlar hər şeyi verdilər.

Demək olar ki, bir neçə dəfə hesabı bərabərləşdirdik və bu, komandanın ruhən nə qədər güclü olduğunu sübut edir. Lakin şərait çox əlverişsiz idi”.

Xatırladaq ki, Postekoqlu avqust və sentyabr ayları üçün İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti