"Bəzən uduzmaq olar"

6 Noyabr 2023 18:20 İngiltərə 868
"Bəzən uduzmaq olar"

“Mançester Yunayted”in qapıçısı Andre Onana komandanın cari mövsümdəki çıxışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, kamerunlu qolkiper hər görüşdə mübarizə aparmaq lazım olduğunu bildirib:

“Bəzən uduzmaq olar, amma hər görüşdə mübarizə aparmaq lazımdır. Bəzən səhv edirik, bu, həyatın bir hissəsidir. Bu klubda biz həmişə mübarizə aparmalıyıq”.

“Qırmızı şeytanlar” hazırda 15 xalla Premyer Liqada turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 11-ci turda “Mançester Yunayted” “Fulhem”lə qarşılaşacaq. Oyun noyabrın 4-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM