"Liverpul" Trent Aleksander-Arnold ilə müqavilə müddətinin artırılması ilə bağlı danışıqlara başlayıb.
Sportinfo.az xəbər verir ki, Merisayd təmsilçisi ingilisə yeni iki illik müqavilə təklif edib.
25 yaşlı futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ildən əsas komandada çıxış edir.

