"O, heç vaxt yanıma gəlib ayrılmaq istədiyini söyləməyib”

5 Noyabr 2023 10:15 İngiltərə 1 011
"O, heç vaxt yanıma gəlib ayrılmaq istədiyini söyləməyib”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp hücumçu Məhəmməd Salahın Səudiyyə Ərəbistanı çempionatına keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis bu barədə Salahla danışmadığını deyib:

“Salah heç vaxt yanıma gəlib ayrılmaq istədiyini söyləməyib. Təklif haqqında heç nə bilmirəm. Amma fərqi yoxdur, Salah bizimlədir”.

31 yaşlı Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. O, İngiltərə klubunda ümumilikdə 319 oyun keçirib, 196 qol vurub və 83 məhsuldar ötürmə edib.

Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM