“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Mançester Siti”yə məğlubiyyətdən (0:3) sonra yığıncaq keçirən forvard Markus Reşfordu tənqid edib.
Sportinfo.az xəbər verir ki, o, ingilis futbolçu ilə danışdığını və onun üzr istədiyini söyləyib:
“Mən partini bilirəm və bu barədə Reşfordla danışdım. Bu, qəbuledilməzdir. Mən bu barədə onunla danışdım və o, üzr istədi”.
26 yaşlı forvard oktyabrın 29-da “Mançester Siti” ilə oyundan sonra şənlik edib. O, oktyabrın 31-də ad gününü qeyd edib.

