"Messi artıq tamamilə hər şeyi qazanıb, ona görə də, hər şeyə layiqdir”

3 Noyabr 2023 22:40 İngiltərə 773
"Messi artıq tamamilə hər şeyi qazanıb, ona görə də, hər şeyə layiqdir”

“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines “qızıl top”un “İnter Mayami”nin hücumçusu Lionel Messiyə verilməsindən danışıb.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu həmyerlisinin onun üçün qürur mənbəyi olduğunu bildirib:

“Bu, mənim üçün qürur mənbəyidir. Messinin böyüklüyünü ifadə edəcək söz yoxdur. Mənim üçün o, tarixin ən yaxşısıdır.

Onun mənim komanda yoldaşım olması inanılmazdır. O, hər şeydə qalib gəlməyə layiqdir:

ilk növbədə, yaxşı insan olduğuna görə. Messi artıq tamamilə hər şeyi qazanıb, ona görə də, hər şeyə layiqdir”.

Oktyabrın 30-da Fransanın “France Football” qəzetinin ötən mövsümün nəticələrinə görə mükafatlandırma mərasimi baş tutub. Səsvermənin nəticələrinə əsasən, “qızıl top” mükafatını Messi qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM