“Tottenhem”in yarımmüdafiəçisi Ceyms Meddison onu yayda kluba keçməyə nəyin inandırdığını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, ingilis futbolçu komandanın baş məşqçisi Angelos Postekoqlu ilə uzun müddət danışdıqlarını bildirib:
“Postekoqlu və mən onun futbol anlayışına necə uyğunlaşacağım barədə uzun müddət danışdıq.
Sonda o, dedi: “Nə qərar versəniz də, hamınız bu mövsüm tamamilə yeni “Tottenhem” görəcəksiz.” Onun bu sözləri məni heyran etdi”.
Meddison yayda 46,3 milyon avroya “Lester”dən “Tottenhem”ə keçib. O, bu mövsüm bütün turnirlərdə 11 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

