Premyer Liqa klubunun hücumçusu gecə klubuna getdi, ara qarışdı

1 Noyabr 2023 01:30 İngiltərə 544
Premyer Liqa klubunun hücumçusu gecə klubuna getdi, ara qarışdı

“Mançester Yunayted”in ulduzu Markus Reşford Mançester derbisində 0:3 hesablı məğlubiyyətdən sonra gecə klubuna gedib.

Sportinfo.az xəbər verir ki, oyunçunun “Mançester Siti”yə uduzduqları gün belə addım atması azarkeşlərin qəzəbinə səbəb olub.

Tərəfdarlar futbolçunun sosial şəbəkə hesablarında onu təhqir ediblər.

Gecə klubunda dostunun ad gününə qatılan Reşfordun əylənməsi klubda da yaxşı qarşılanmayıb.

Tez-tez belə məclisdə iştirak edən oyunçunun klubun nəticələrindən çox əyləncəni düşünməsi baş məşqçi Erik ten Haqın onu cəzalandırmasına səbəb ola bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR