“Tottenhem”in sabiq yarımmüdafiəçisi Rafael van der Vart “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın “Mançester Siti” ilə oyunda məğlubiyyətindən (0:3) danışıb.
Sportinfo.az xəbər verir ki, Niderland millisinin keçmiş üzvü Ten Haqı tənqid edib:
“Ten Haq “Mançester Yunayted”i çalışdıra bilmir. Xüsusilə də, onun nə qədər pul xərcləməsinə icazə verildiyini nəzərə alsaq”.
“Mançester Siti” 24 xalla Premyer Liqada 3-cü pilləyə yüksəlib. “Mançester Yunayted” 15 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

