"Oynamaq istədiyimiz futbol bu idi" - “Mançester Siti”nin hücumçusu

30 Oktyabr 2023 15:20 İngiltərə 432
"Oynamaq istədiyimiz futbol bu idi" - “Mançester Siti”nin hücumçusu

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının 10-cu turunda "Mançester Yunayted" üzərində qazanılan qələbəni (3:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, bu matçda dublla yadda qalan norveçli “BBC”ə açıqlamasında oyunla bağlı fikirlərini bildirib:

"Mançester Siti" mövsümün ən yaxşı oyununu oynadı. Düşünürəm ki, bəli.

Oynamaq istədiyimiz futbol bu idi. Bu, asan olmadı, amma necə davam etməyi bacardığımız inanılmazdır.

Xüsusi bir qələbə idi. Ümumilikdə üç xal qazandıq. Mövsüm boyu ardıcıllıq tələb olunur. Biz hər həftə xal qazanmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR