Baş məşqçi ilə sözü çəp gəldi, klubun yeməkxanasına daxil olması qadağan edildi

28 Oktyabr 2023 21:40 İngiltərə 786
Baş məşqçi ilə sözü çəp gəldi, klubun yeməkxanasına daxil olması qadağan edildi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sanço ilə komandanın baş məşqçisi Erik ten Haq arasında münaqişə hələ də həllini tapmayıb.

Sportinfo.az xəbər verir ki, ingilis futbolçuya klubun yeməkxanasından istifadə etmək qadağan edilib.

Sançonun nahar qutusunda yemək aldığı bildirilir.

Sentyabrın 14-də klub rəhbərliyi Ten Haqla münaqişədən sonra Sançonun əsas komanda ilə məşqlərini dayandırdığını elan edib.

Baş məşqçinin yalnız Sançonun ondan və komandadan üzr istəməsi şərti ilə futbolçunu məşqlərə qaytaracağı bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR