“Sürət yığdıqdan sonra onları dayandırmaq çox çətin olacaq”

28 Oktyabr 2023 18:20 İngiltərə 665
“Sürət yığdıqdan sonra onları dayandırmaq çox çətin olacaq”

“Çelsi”nin keçmiş yarımmüdafiəçisi Co Koul “Liverpul”un Avropa Liqasını qazanmalı olduğunu deyib.

Sportin.az xəbər verir ki, İngiltərə millisinin sabiq futbolçusu Mersisayd klubunun iddiasından bəhs edib:

“Bu, onlar üçün əsas turnir deyil. Özlərinə lazım olan yerdə deyillər.

“Liverpul” Çempionlar Liqasında olsaydı, finala yüksəlib, bəlkə də, qalib gələ biləcəyini deyərdik.

Amma indi Avropa Liqasında oynayırlar. “Qırmızılar” bu turniri qazanmalıdır. “Liverpul” sürət yığdıqdan sonra onları dayandırmaq çox çətin olacaq”.

Avropa Liqasının E qrupunda “Liverpul” hər üç görüşdə qalib gələrək liderdir.

41 yaşlı Koul karyerası ərzində “Vest Hem”, “Liverpul”, “Lill”, “Aston Villa”, “Koventry”, “Tampa Bay” klublarında da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM