Baş məşqçisi ilə yeni müqavilə - Premyer Liqa klubundan

25 Oktyabr 2023 12:20 İngiltərə 634
Baş məşqçisi ilə yeni müqavilə - Premyer Liqa klubundan

“Fulhem” baş məşqçisi Marko Silvanın müqaviləsinin müddətini artırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Portuqal mütəxəssislə yeni sözləşmə 2026-cı ilin yayına qədər uzadılıb.

Marko Silva 2021-ci ilin yayından İngiltərə klubunun baş məşqçisidir. Sözügedən komanda bu mövsüm Premyer Liqada 9 turdan sonra 11 xalla 13-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM