Yeni qapıçı transfer etmək istəyir - Paytaxt komandası

25 Oktyabr 2023 10:20 İngiltərə 565
Yeni qapıçı transfer etmək istəyir - Paytaxt komandası

"Çelsi" heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, Robert Sançesin performansından narazı olan "mavilər" ona alternativ axtarışına çıxıb.

"Çelsi"nin əsas hədəfi "Arsenal"da çıxış edən Eron Ramzdeyldir. Bu barədə yerli media məlumat yayıb. Son vaxtlar az forma şansı qazanan 25 yaşlı qolkiper ayrılığa isti yanaşır.

"Çelsi"nin İngiltərə millisinin üzvünün keçidini qış transfer pəncərəsi zamanı həll edəcəyi bildirilir.

"Arsenal" Eron Ramzdeyli 2021-ci ilin yayında "Şeffild Yunayted"dən transfer edib. İngilis qapıçı cari mövsümdə "topçular"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda qapısında 5 qol görüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR