İngiltərəli milyarder Cim Ratkliffin “Mançester Yunayted”dən 25 faiz pay alması və klubun hazırkı baş məşqçisi Erik ten Haqı istefaya göndərməsi halında, ingilis mütəxəssis Qrem Potterin komandanın yeni çalışdırıcısı olmaq şansı yüksəkdir.
Sportinfo.az xəbər verir ki, Ratkliffin yaxın dostu, həmçinin “Nitsa”nın sahibi olan fondun idman direktoru Deyv Braylsford Potterin məşqçilik istedadının böyük pərəstişkarıdır və buna görə də, onun “Mançester Yunayted”in baş məşqçisi postuna namizədliyi üçün vasitəçilik edəcək.
“Qırmızı şeytanlar” Premyer Liqanın 9 turundan sonra 15 xal toplayıb və hazırda turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb.

