"Əziyyət çəkdik, sonda bütün qəlbimizlə müdafiə olunduq"

23 Oktyabr 2023 15:20 İngiltərə 489
"Əziyyət çəkdik, sonda bütün qəlbimizlə müdafiə olunduq"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada “Brayton” üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, eyni zamanda Dokunun oyunundan söz açıb:

“Brayton” inanılmaz keyfiyyətə malikdir və biz bu matçda əziyyət çəkdik. Doku müstəsna oyun oynadı və bizə kömək etdi. Vəziyyətləri tez başa düşür.

55-60 dəqiqə çox yaxşı oynadıq, qol vurmaq şanslarımız çox oldu. Sonda biz bütün qəlbimizlə müdafiə olunduq”.

“Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində 9 turdan sonra 21 xalla birinci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR