“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını “Liverpul”da davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, İngiltərə klubu 24 yaşlı nigeriyalı forvardı komandadan ayrıla biləcək Məhəmməd Salahın əvəzləyicisi kimi nəzərdən keçirir.
Osimhen bu mövsüm 10 oyuna çıxıb, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

