“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Brayton”un çaılşdırıcısı Roberto De Zerbinin komandaya rəhbərlik edəcəyi ilə bağlı xəbərlər haqda danışıb.
Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis fikrini işinə yönəltdiyini bildirib:
“Növbəti baş məşqçinin adı məni maraqlandırmır. Rəhbərlik fikrimi soruşsa, bu halda mən deyəcəm.
Mən fikrimi öz işimə yönəltmişəm. Ancaq bu məsələlər mənim işim deyil”.
Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2016-cı ildən komandaya rəhbərlik edir.
De Zerbi 2022-ci ildən “Brayton”u çalışdırır. O, bundan əvvəl, 2021/22 mövsümündə “Şaxtyor”a rəhbərlik edib.

