“Məni təəccübləndirmir - O, əladır, gəncdir, hər gün inkişaf edir”

21 Oktyabr 2023 18:40 İngiltərə 641
“Məni təəccübləndirmir - O, əladır, gəncdir, hər gün inkişaf edir”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “Arsenal”ın çalışdırıcısı Mikel Arteta haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis Artetanın etdiklərinin onu təəccübləndirmədiyini bildirib:

“Arsenal”a hörmət edirik. Əla komandadır. Komandaya mənim üçün ailənin bir hissəsi olan Mikel Arteta rəhbərlik edir.

“Arsenal” Premyer Liqa və Çempionlar Liqası da daxil olmaqla bütün turnirlərdə iddialı çıxış edir. Buna görə də Artetanın etdikləri məni təəccübləndirmir.

O, əladır, gəncdir və hər gün inkişaf edir. Arteta dünyanın ən böyük məşqçilərindən birinə çevrilə bilər”.

“Topçular” Premyer Liqanın 8 turundan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR