"Sanki elektrikə qoşulub, futbolda gördüyüm ən sürətli oyunçudur"

21 Oktyabr 2023 12:20 İngiltərə 501
"Sanki elektrikə qoşulub, futbolda gördüyüm ən sürətli oyunçudur"

"Çelsi"nin müdafiəçisi Benjamin Çilvel komandanın vingeri Mixail Mudrik haqda danışıb.

Sportinfo.az xəbər verir ki, "cfcdajana"ya açıqlama verən ingilis futbolçu ukraynalı barədə bunları deyib:

"Mixal sanki elektrikə qoşulub. Futbolda gördüyüm ən sürətli oyunçudur. Onun kimi sürətli oyunçunu xatırlamıram".

Çilvel 2020-ci ilin yayından "Çelsi"də oynayır. Futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.

26 yaşlı futbolçu 2018-ci ildən İngiltərə millisinin şərəfini qoruyur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR