"Mənə qalsa, dünəndən bu kluba transfer olardım, xəyal etdiyim şey budu"

19 Oktyabr 2023 18:20 İngiltərə 709
"Mənə qalsa, dünəndən bu kluba transfer olardım, xəyal etdiyim şey budu"

“Arsenal”ın qapıçısı David Raya gələcəyi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı qolkiper xəyalının gerçəkləşdiyini bildirib:

“Dünyanın ən vacib klublarından birindəyəm və Çempionlar Liqasında oynayıram: xəyal etdiyim şey budur. Təbii ki, bunun üçün baş məşqçi Mikel Artetaya təşəkkür etməliyəm.

Müqavilə 2024-cü ildə qalıcı olacaq? Mənə qalsa, dünəndən bu kluba transfer olardım”.

Raya “Brentford”dan icarə əsasında “topçular”a keçib. Onunla müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

İspaniyalı qapıçı bu mövsüm “Arsenal”ın heyətində bütün yarışlarda 6 oyun keçirib, 4 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR