“Bir gün onun səviyyəsinə çata biləcəm, amma indi çox tezdir”

19 Oktyabr 2023 00:00 İngiltərə 447
“Bir gün onun səviyyəsinə çata biləcəm, amma indi çox tezdir”

"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylund “Mançester Siti”nin futbolçusu Erlinq Holandla müqayisə edilməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, "The Sun"a açıqlama verən “qırmızı şeytanlar”ın forvardı bunları deyib:

"Bizi müqayisə etməsələr daha yaxşıdır. Çünki Holand başqa səviyyədədir.

Ümid edirəm bir gün onun səviyyəsinə çata biləcəm, amma indi çox tezdir. Erlinq dünyanın ən yaxşı futbolçusu deyilsə belə, dünyanın ən yaxşı hücumçusudur".

20 yaşlı danimarkalı bu yay “Atalanta”dan “Mançester Yunayted”ə keçib. Onun İngiltərə klubu ilə 2028-ci il iyunun 30-na qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR