“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Girmarayeşin İngiltərə klubu ilə keçən həftə imzaladığı müqaviləyə “Barselona” üçün xüsusi sərbəst qalma maddəsi daxildir.
Sportinfo.az xəbər verir ki, kataloniyalılar braziliyalı futbolçunu digər klublarla müqayisədə daha ucuz qiymətə ala biləcək.
İspanlar üçün transferin məbləği 65-70 milyon avro ola bilər.
25 yaşlı yarımmüdafiəçi İngiltərə klubunun heyətində 67 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

