Qumardan canını necə qurtaracaq? – Premyer Liqanın ulduzunun PROBLEMİ VAR

14 Oktyabr 2023 21:40 İngiltərə 583
Qumardan canını necə qurtaracaq? – Premyer Liqanın ulduzunun PROBLEMİ VAR

Qeyri-qanuni mərc oyunlarında iştirakda ittiham olunan Sandro Tonali qumar asılılığından əziyyət çəkir.

Sportinfo.az xəbər verir ki, "Nyukasl"ın yarımmüdafiəçisi menecerinin müalicə almaq təklifini qəbul edib.

Bu barədə "Corriere Della Sera" nəşri məlumat yayıb.

23 yaşlı futbolçu psixoloji yardım alacaq. İtaliya millisinin üzvü bu yolla qumar alüdəçiliyindən xilas olacağına inanır.

"Nyukasl" Sandro Tonalini mövsümün əvvəlində "Milan"dan 70 milyon avroya transfer edib. Orta xətt oyunçusu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi oyunda 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR