“Komandanın orada oynamaq üçün mənə ehtiyacı var”

13 Oktyabr 2023 18:40 İngiltərə 511
“Komandanın orada oynamaq üçün mənə ehtiyacı var”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Sofyan Amrabat müdafiənin sol cinahında oynamağın öhdəsindən necə gəldiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, mərakeşli futbolçu komandanın müdafiəçiləri Luk Şou və Serxio Regilon zədələndiyi üçün bu mövqedə oynamalı olduğunu bildirib:

“Bacardığım qədər çalışıram. Təbii ki, mən sol cinah müdafiəçisi yox, dayaq yarımmüdafiəçisiyəm, amma komandanın orda oynamaq üçün mənə ehtiyacı var.

Mən lazımi mövqedə oynayıram və komanda üçün hər şeyimi verərəm”.

27 yaşlı futbolçu bu yay “Fiorentina”dan “qırmızı şeytanlar”a keçib. O, bu mövsüm Premyer Liqada 3 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR