“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola tezliklə İngiltərə klubu ilə müqaviləsini uzada bilər.
Sportinfo.az xəbər verir ki, “Mançester Siti” rəhbərliyi ispaniyalı mütəxəssisə 2027-ci ilə qədər olan yeni müqavilə təklif etmək niyyətindədir.
Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Danışıqlar yaxın həftələrdə başlayacaq.
52 yaşlı məşqçi 2016-cı ildən “şəhərlilər”ə rəhbərlik edir.
Onun rəhbərliyi altında komanda beş dəfə İngiltərə çempionatının, iki dəfə İngiltərə kubokunun və superkubokunun, bir dəfə Çempionlar Liqasının və UEFA superkubokunun qalibi olub.

